Böyük Britaniyada son sutka ərzində 22 195 nəfərdə koronavirus aşkar olunub. Bu, dekabrın 15-dən etibarən qeydə alınan ən aşağı göstəricidir.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 669 658 nəfərdir.
Son sutka ərzində 592 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 98 531 nəfər olub. (apa)