XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

26 Yanvar 2021 - 00:07

Dünyada koronavirus:bir gündə 514 mindən çox yoluxma qeydə alınıb

Dünyada COVID-19-a yoluxanların sayı 98,79 milyon nəfəri ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 98 794 942 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 124 193 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 514 098 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 11 434 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 60 faizə yaxını Şimali və Cənubi Amerikada (306 934), daha sonra Avropada (131 239), ardından isə Cənub-Şərqi Asiyada (27 349) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)