XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2021 - 13:04

Gürcüstanda koronavirus:son sutkada 1006 nəfər yoluxub, 25 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1006 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 254 822, ölənlərin sayı isə 3 096 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 244 446 nəfərin sağaldığı bildirilir.