XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2021 - 15:53

ABŞ-da maliyyə naziri vəzifəsini ilk dəfə qadın icra edəcək- FOTO

ABŞ Konqresinin Senatı Prezident Co Baydenin təklifi ilə Federal Ehtiyat Sisteminin (FES) keçmiş başçısı Canet Yelleni maliyyə naziri vəzifəsinə namizədliyini səs çoxluğu ilə təsdiqləyib.

APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, Canet ABŞ tarixində maliyyə naziri vəzifəsini icra edəcək ilk qadın olacaq. Yellenin ABŞ-ın sanksiya siyasətini “məhdudlaşdırıcı tədbirlərdən strateji məqsədlər üçün və buna uyğun istifadə edilməsi” üçün yenidən nəzərdən keçirmək niyyətində olduğu bildirilir.

Qeyd edək ki, Canet Yellen 74 yaşındadır. O, 1997-1999-cu illərdə Bill Klintonun prezidentliyi dövründə ABŞ-ın İqtisadi Məsləhətçilər Şurasına rəhbərlik edib. 2014-cü ildə FES-in sədri vəzifəsində çalışan ilk qadın olub.