XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Yanvar 2021 - 20:22

AŞPA-ya yeni baş katib seçilib

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) baş katib seçilib.  

APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, Despina Tsovilis bu gün AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermədə qurumun yeni baş katibi seçilib.

O, öz vəzifəsinin icrasına martın 1-dən başlayacaq və beş il müddətində bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Despina Tsovilis bu vəzifəyə seçilən ilk qadındır.

Bundan başqa, Avropa Şurasının Baş katibinin müavini postuna da seçkilər keçirilib. Norveçdən olan Byorn Borge Türkiyədən olan namizəd Leyla Kayacıka üstün gələrək bu vəzifəyə seçilib.