XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

26 Yanvar 2021 - 21:11

Türkiyədə COVID-19-dan 134 nəfər ölüb- Nazirdən açıqlama

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 134 nəfər ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 103 nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 108, ağır xəstələr isə 1791 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 442 350 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 322 511 nəfər sağalıb, 25 344 nəfər isə ölüb.