XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

26 Yanvar 2021 - 23:11

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı keçirilib- Ankara Prokurorluğu

Türkiyədə paytaxt Ankara da olmaqla 13 vilayətdə FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.

Məlumatı Ankara Prokurorluğu yayıb.

Bildirilir ki, əməliyyat nəticəsində FETÖ və PYD terror təşkilatları ilə əlaqəli fəaliyyət göstərməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

İzmirdə 35 ünvanda paralel keçirilən əməliyyat zamanı saxlanılanlar arasında keçmiş polis rəisi, axtarışda olan Metin Tuncer də olub. O, saxta şəxsiyyət vəsiqəsi təqdim edərkən yaxalanıb.

Digər bir məlumatda isə bildirilir ki, PKK/KCK terror təşkilatının gənclər qolu hesab edilən GYK-nin 14 üzvü həbs olunub.

Daxili İşlər Nazirliyinin məlumatında isə qeyd olunub ki, ölkənin şərq bölgələrində keçirilən “Eren-1 Tendürek”, “Eren-2 Lice” və “Eren-3 Ağrı Dağı” antiterror əməliyyatları uğurla davam edir(azərtac).