XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

26 Yanvar 2021 - 23:38

Çin birbaşa xarici sərmayələrə görə ABŞ-ı qabaqlayıb

Çin ötən ilin nəticələrinə əsasən, birbaşa xarici sərmayələrin ümumi məbləğinə görə ABŞ-ı qabaqlayaraq dünyada liderliyə yüksəlib.

Azərtac Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında qeyd olunub. Sənədə əsasən, 2020-ci ildə Çin iqtisadiyyatına qoyulan birbaşa xarici sərmayələrin məbləği 4 faiz artaraq 163 milyard ABŞ dollarına çatıb. Birləşmiş Ştatlarda isə bu göstərici 49 faiz azalaraq 134 milyard dollar olub.

Ekspertlər bu amili iri iqtisadiyyata malik ölkələrdən fərqli olaraq, ötən il Çində ümumi daxili məhsulun (ÜDM) 2,3 faizlik artımını rəsmi Pekinin qlobal iqtisadiyyatın mərkəzi olmaq yolunda növbəti uğuru kimi qiymətləndirirlər.