XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Yanvar 2021 - 13:51

Rusiyada koronavirus:ölənlərin sayı 71 mini ötüb

Rusiyada son sutka ərzində daha 17 741 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 774 672 nəfərə çatıb.

Son sutka ərzində 594 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 71 076 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.