XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 00:33

İran vitse-prezidentinin qardaşına cəza:2 il həbs, cərimə və 74 şallaq

İranın birinci vitse-prezidenti İshaq Cahangirinin qardaşı 2 il həbs cəzasına məhkum edilib.

Strateq.az “Entexab”a istinadla xəbər verir ki, Mehdi Cahangiri həbslə bərabər, cərimə də ödəməlidir.

Məhkəmə hakimiyyətinin sözçüsü Qulamhüseyn İsmaili bildirib ki, hökm artıq icraya yönəldilib.

O əlavə edib: “Mehdi Cahangiri qaçaqmalçılıq ittihamı ilə 26 milyard rial (607.100 avro) cərimələnib”.

İsmailinin sözlərinə görə, bundan başqa məhkumu birjaya real məlumat verməkdən imtina etdiyi üçün 74 şallaq cəzası gözləyir. “Bu vəziyyətdə ona iki dəfə 74 şallaq cəzası verilib, onlardan biri cərimə cəzası (108 dollar) ilə əvəz olunub”.

Mehdi Cahangiri Turizm Bankının rəhbəri və əsas səhmdarıdır. 2009-cu ilin iyul ayında 20 milyard tümən təsis kapitalı ilə qeydə alınan kommersiya müəssisəsinin sahibi 3 il əvvəl həbs olunub.