Livanın şimal paytaxtı hesab olunan Tripolidə (Beyrutdan 90 km uzaqlıqda) nümayişçilərlə polis qüvvələri arasında baş vermiş küçə toqquşmaları şiddətli vəziyyət alıb. Qarşıdurmalar zamanı xəsarət alanların sayı 226 nəfərə çatıb.
Bu barədə “Al-Wataniya” agentliyinə Livan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, xəsarət alanların əksəriyyətinə yerində tibbi yardım göstərilib, 35-i xəstəxanaya yerləşdirilib.
Livan ordusu hazırda Tripolinin mərkəzindəki əsas bölgələri nəzarətə götürüb. Küçələrdə zirehli texnikalarla patrul xidməti həyata keçirilir.