XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 12:02

İran XİN başçısı Gürcüstanda səfərdədir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regional tur çərçivəsində Gürcüstana səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında onu Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili qarşılayıb.

İranlı diplomat işgüzar səfər zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya və parlament sədri Arçil Talakvadze ilə görüşlər keçirəcək.