XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 17:38

İranda koronavirus:son sutkada 85 nəfər ölüb

İranda ötən sutka ərzində 85 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 736 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 627 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1398841 nəfərə çatıb. Virus daşıyıcılarından 4018 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1189975 nəfər koronavirusdan sağalıb. (apa)