XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 23:56

ABŞ iqtisadiyyatı son 76 ildə rekord səviyyədə azalıb

ABŞ-da ümumi daxili məhsul (ÜDM) 3,5% azalıb.

“Report” ABŞ Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, 1945-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Bununla belə, ötən ilin sonunda iqtisadi artım tempi üçüncü rüblə müqayisədə yavaşlayıb (artım yalnız 1%).

“Axios” informasiya portalı bildirir ki, pandemiya ilə bağlı vəziyyət daha da pisləşib və dövlət tərəfindən maliyyə yardımı praktik olaraq dayanıb. Mütəxəssislər, əhalinin kütləvi peyvənd olmasından sonra ölkə iqtisadiyyatında daha yüksək artım müşahidə edilə bilər.