BMT Baş katibi Antonio Quterreş cümə axşamı koronavirusa qarşı peyvənd olunub.
Bu barədə Baş katib “Twitter” hesabında yazıb.
A.Quttereş qeyd edib ki, COVID-19 peyvəndinin ilk dozasını aldığı üçün özünü xoşbəxt hiss edir: “Peyvəndlə hər yerdə hər kəsin təmin olunmasına çalışmalıyıq. Əks halda pandemiya dövründə heç birimiz özümüzü təhlükəsiz hiss etməyəcəyik”. (apa)