XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 09:12

Dünyada koronavirus:son sutkada 562 min yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 562 001 nəfər koronavirusa yoluxub, 16 061 nəfər ölüb. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 100 455 529 yoluxma hadisəsi, 2 166 440 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (274 335), payına düşür. Digər yerləri isə Avropa (209 786) və Cənub-Şərqi Asiya (26 530) bölüşür. (apa)