XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 11:48

Gürcüstanda koronavirus:son sutkada 669 nəfər yoluxub, 21 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 669 yoluxma halı qeydə alınıb, 21 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 256 956, ölənlərin sayı isə 3 148 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 247 096 nəfərin sağaldığı bildirilir. (apa)