“Biz ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları açıq şəkildə qınadıq”.
Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, İran ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları əhəmiyyətsiz hesab edir.
“Təəssüf ki, ABŞ sanksiya tətbiq etməyə alışıb. Bu, bütün dünyanın və ABŞ-ın özünün zərərinə olacaq”, – deyə İran XİN başçısı vurğulayıb. (apa)