XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 19:27

İranda koronavirus:son sutkada 71 nəfər ölüb

İranda ötən sutka ərzində 71 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 807 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 573 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 405 414 nəfərə çatıb. Virus daşıyıcılarından 3 990 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 196 374 nəfər koronavirusdan sağalıb. (apa)