XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 22:03

İtaliya Səudiyyə Ərəbistanı və BƏƏ-yə raket satışını dayandırıb- Nazirdən açıqlama

İtaliya müharibə şəraitində olan Yəməndə sülhü bərpa etmək və insan haqlarını qorumaq öhdəliyini əsas gətirərək Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) raket satışını dayandırıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib. 

“Bu, zəruri hesab etdiyimiz bir hərəkətdir. Ölkəmizin verdiyi açıq barışıq mesajıdır. Bizim üçün insan hüquqlarına hörmət pozulmaz bir öhdəlikdir”, – deyə İtaliya XİN başçısı vurğulayıb.

Romanın bu qərarı ilə təxminən 12 700 sayda raketin Səudiyyə Ərəbistanına satışı dayandırılacaq.

Qeyd edək ki, bu satış 2016-cı ildə Matteo Renzinin rəhbərlik etdiyi sol mərkəzçi hökumət tərəfindən razılaşdırılıb və dəyəri 400 milyon avro olan 20 000 raketin satışını nəzərdə tutub.