XƏBƏR LENTİ

02 Mart 2021
01 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 10:33

İraqda İŞİD lideri öldürülüb- Koalisiya qüvvələrinin aviazərbələri zamanı

İŞİD terror qruplaşmasının liderlərindən biri İraqda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hava hücumu nəticəsində öldürülüb.

APA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Əbu Yasir kimi tanınan Cabbar Salman Əli Fərhan əl-İssavi Kərkük şəhəri yaxınlığında məhv edilib. Aviazərbə zamanı daha 9 İŞİD yaraqlısı da öldürülüb. Əməliyyatda İraq təhlükəsizlik xidməti iştirak edib. Havadan hücumu isə ABŞ ordusu həyata keçirib.

Məlumata görə, əl-İssavi İraqda İŞİD silahlılarının fəaliyyətinə rəhbərlik edib və qruplaşmanın ölkədəki təsir gücünü bərpa etməyə çalışırmış.