XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 11:23

Bayden Konqresi 1,9 trilyon dollarlıq iqtisadi tədbirlər paketini qəbul etməyə çağırıb

ABŞ Konqresi ölkəni koronavirus böhranından qurtarmaq üçün ən qısa müddətdə 1,9 trilyon dollar məbləğində iqdisadiyyatı stimullaşdıran tədbirlər paketini qəbul etməlidir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Cozef Bayden öz “Twitter” səhifəsində yazıb.

C.Bayden bildirib: “Maliyyə naziri Canet Yellenin bu gün dediyi kimi, iqtisadi xilasetmə məsələsində hərəkətsizliyin fəsadları xüsusilə yüksəkdir. Konqres tez bir şəkildə hərəkət etməli, yardım çatdırmaq və böhrandan çıxmağımıza kömək etmək üçün Amerika yardım planını qəbul etməlidir”.

Tədbirlər paketi çərçivəsində pandemiya ilə mübarizəyə birbaşa 400 milyard dollar ayırmaq təklif olunur. Təxminən 1 trilyon dollar əhaliyə yardım göstərilməsinə, qalan hissəsi iqtisadiyyatı stimullaşdırmağa yönəldilməlidir.