XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 12:44

Gürcüstanda koronavirus:yoluxanların sayı 676 nəfər artıb

Gürcüstanda son sutkada daha 676 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 441 nəfər sağalıb, 11 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 257 632 nəfər təşkil edir. Onların 248 537-si sağalıb, 3 159-u isə dünyasını dəyişib.

Karantin rejimində 530, stasionar nəzarətdə 2 694 nəfər saxlanılır. 311 nəfər isə xüsusi otellərdə müalicə olunur.