XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2021 - 17:51

BƏƏ sərmayədarlara və yüksək ixtisaslı mütəxəssislərə vətəndaşlıq verəcək- Yeni qanun

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Milliyyət və pasportlar” haqqında qanuna əlavələr təsdiqlənib. Rəsmi “Emirates” xəbər agentliyinin yaydığı məlumata görə, bu ölkənin vətəndaşı olmağın yeni qaydaları təsbit edilib.

Qanuna edilmiş əlavələrdə sərmayədar, yüksək ixtisaslı mütəxəssislər, istedadlı alim və incəsənət adamlarına, habelə onların ailə üzvlərinə vətəndaşlıq veriləcək. BƏƏ rəhbərliyinin bu addımı ölkənin iqtisadi, elmi və mədəni həyatının daha da inkişafında başqa millətlərin istedadlı insanlarının iştirakının təmin edilməsi, həmçinin sərmayə axınının güclənməsidir. Vətəndaşlığa namizədlərin siyahısını əmirliklər tərtib edəcək və vəliəhd şahzadə məhkəməsi tərəfindən təsdiqlənəcək. Vətəndaşlıq alacaq sərmayədarlardan BƏƏ ərazisində şəxsi daşınmaz əmlakı və ya müəssisəsi olması, habelə BƏƏ İqtisadiyyat Nazirliyinin müvafiq məktubu tələb olunur.

Alimlər və incəsənət adamları isə son 10 ildə öz sahələrində qazandıqları nailiyyətlər, çalışdıqları universitet və s. barədə arayış təqdim edəcəklər.