XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2021 - 21:34

Gürcüstana koronavirus vaksininin ilk dozası fevralın sonunda gətiriləcək- Açıqlama

Gürcüstan koronavirus (COVID-19) əleyhinə “Pfizer” vaksininin ilk dozasını fevralın sonunda qəbul edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

O, bununla bağlı göstərdiyi dəstəyə görə Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusa təşəkkür edib.

Qaxaria qeyd edib ki, milli vaksinasiya proqramına əsasən, vaksinlər ölkəyə gətirilən kimi səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılacaq.