XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2021 - 09:27

“Bayden ABŞ-ın xarici siyasəti ilə bağlı ilk böyük nitqini söyləyəcək” –"NBC News"

ABŞ prezidenti Co Bayden, sabah ölkənin xarici siyasətini əks etdirəcək ilk böyük nitqini söyləyəcək.

Bu barədə NBC News telekanalı xəbər verir.

Məlumata görə, Bayden, “Amerikanın dünyadakı yerini bərpa etməyə” yönələn xarici siyasət baxışını ortaya qoyacaq.

Telekanal bildirib ki, bu çıxış prezidentin vəzifəyə gəldiyi gündən bəri xarici siyasətlə  bağlı ilk mühüm müraciəti olacaq.