İslandiya baş naziri Siqmyundyur David Qyunnleyqsson offşor zonalarda fəaliyyət göstərən və ona məxsus olduğu bildirilən «Wintris» şirkəti ilə bağlı sualdan sonra müsahibəni yarımçıq tərk edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Guardian» məlumat yayıb.
Məlumata görə, SVT telekanalının sualından sonra baş nazir «Siz burada nə etməyə çalışırsız? Etdiyiniz məntiqsizdir» deyərək müsahibəni kəsərək otaqdan çıxıb.
Qyunnleyqsson onu da bildirib ki, şirkət İrlandiyanın vergi xidməti tərəfindən yoxlanılıb və bu barədə əlavə heç nə danışmaq istəmir.
https://www.youtube.com/watch?v=ORlq_zrfWDc