XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Yanvar 2021 - 10:08

“Vəkillər Trampın impiçmentlə iş üzrə komandasını tərk ediblər” –CNN

ABŞ-ın sabiq prezidenti Donald Tramp Birləşmiş Ştatlar Konqresinin Senatında özünün impiçmenti üzrə prosedur çərçivəsində müdafiə strategiyasını hazırlayan beş vəkillə əməkdaşlığı dayandırıb.

Bu barədə mənbələrə istinadən CNN teleşirkəti bildirib.

Qeyd edilir ki, keçmiş prezidentin hüquq komandasına daha əvvəl qoşulmuş Coni Qesser, Qreq Harris və Coşua Hovard onu tərk ediblər. Teleşirkətin məlumatına görə, fikir ayrılıqlarına Trampın müdafiə strategiyasını cəmləmə cəhdi səbəb ola bilər.

“Reuters” agentliyi isə bildirib ki, Amerikanın sabiq liderinin hüquqşünasları qrupuna başçılıq etmiş Butç Bauers və Debora Barbe də daha Trampın vəkillər komandasına daxil deyillər. Əməkdaşlığın dayandırılması haqqında qərar ikitərəfli olub.

Ötən bazar ertəsi ABŞ Konqresinin Demokratlar Partiyası tərəfindən nəzarət edilən Nümayəndələr Palatasının nümayəndələri Senata Trampın impiçmenti haqqında qətnaməni təqdim ediblər. Sənəd yanvarın 13-də bəyənilib. Tramp ölkə tarixində iki dəfə impiçment elan edilən birinci prezident olub. Qətnamədə ittihamın cəmi bir maddəsi var – qiyama təhrikçilik.