ABŞ dövlət katibi Entoni Blinkenin İranın nüvə razılaşması ilə bağlı açıqlamaları məyusedicidir.
Bunu İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf bildirib.
“Öhdəliklərin yerinə yetirilməsinə dair şərtlər qoymaq əvəzinə (nüvə sazişi çərçivəsində – Red) ABŞ hökuməti sanksiyaları ləğv etmək öhdəliklərini necə həyata keçirəcəklərini müəyyənləşdirməlidirlər”.