Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 240 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 258 351, ölənlərin sayı isə 3 194 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 249 709 nəfərin sağaldığı bildirilir. (apa)