Nyu York və ətrafındakı hava limanlarından bu günə planlaşdırılan əksər uçuşlar qar çovğunu ərəfəsində ləğv edilib.
Bunu təyyarələrin hərəkətlərini izləyən “FlightAware” saytında yerləşdirilən məlumatlar göstərir.
Nyu Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanında 154 reys, yəni bütün uçuşların 72 %-i ləğv edilib. La Quardia hava limanında bu rəqəm 106 reysə (89 %) çatır. Liberti Beynəlxalq Hava Limanında (qonşu Nyu Cersi ştatı) 162 uçuş (72 %) ləğv edildi.
Nyu Yorkdan 4 saat məsafədə yerləşən Bostondakı (Massaçusets ştatı) hava limanında 56 reys (30 %) ləğv edilib.
Hava əlaqələrindəki ən böyük məhdudiyyətlər ABŞ-ın şərq sahillərindəki şəhərlərlə əlaqələrdə müşahidə olunur. (report)