XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2021 - 17:59

İsrailin PUA-sı Livanla sərhəd əraziyə düşüb

İsrailin müdafiə ordusuna məxsus pilotsuz uçuş aparatı fevralın 1-də Livanla sərhədə yaxın ərazidə düşüb.

TASS xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb.

Bildirilib ki, PUA Livanla sərhəddə “mavi xətt” rayonunda əməliyyat uçuşu edirmiş. Məlumata görə, informasiya sızması yoxdur.

Livan “Hizbullah”ı PUA-nın onların döyüşçüləri tərəfindən vurulduğunu bildirib. Onlar pilotsuz uçuş aparatının Livanın Bleyda rayonunda “Hizbullah” döyüşçülərinin əlində olduğunu qeyd ediblər. (report)