XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2021 - 21:50

Nyu Yorkda fövqəladə vəziyyət elan edilib –Səbəb

ABŞ-ın Virciniya, Vaşinqton, Çikaqo və Nyu York şəhərlərində də qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan olunub.

Nyu Yorkun meri Bill de Blasionun imzaladığı qərarla yerli vaxtla 06:00-dan sonra bütün nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Mer şəhər sakinlərinə iki gün ərzində nəqliyyat vasitələrindən yararlanmamağı və məcburiyyət olmadığı halda çölə çıxmamağı tövsiyə edib.

Qar fırtınası nəticəsində hava limanlarında 300-dən çox aviareys təxirə salınıb. Məktəblərdə tədrisə fasilə verilib. Şəhərin bəzi yerlərində qarın hündürlüyü 40 santimetrə çatıb.

Qar çovğunu iki gün davam edəcək. (report)