XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 February 2021 - 22:14

Türkiyədə yeni konstitusiyanın hazırlanması istisna edilmir –Ərdoğan 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkədə yeni konstitusiya hazırlana bilər.

Türkiyə lideri bu barədə Nazirlər Kabinetinin iclasının nəticəsinə görə Ankarada keçirilən mətbuat konfransında deyib.

“Ola bilsin, Türkiyənin yeni konstitusiyasını müzakirə etmək vaxtı çatıb. Biz buna qarşıdakı dövrdə başlaya bilərik”, – Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, “proses şəffaf şəkildə həyata keçirilməlidir.” “Son mətn xalqın qərarına əsasən təqdim edilməlidir” – dövlət başçısı deyib.

Türkiyənin hazırkı konstitusiyası artıq bir neçə dəfə dəyişib. (report)