XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2021 - 22:37

Zurabişvilidən parlamentə çağırış:"Birpartiyalı idarəetməyə yol verməyin"

Gürcüstan prezidenti Salome Zurabişvili ölkə parlamentini müxalif deputatların səlahiyyətlərini dayandırmamağa çağırıb.

Bu çağırışla o, qanunverici orqanın yaz sessiyası öncəsi ictimaiyyətə müraciəti zamanı çıxış edib.

Onun sözlərinə görə, Gürcüstan bu yaxınlarda tam parlament sisteminə keçib:

“Son seçkilərdən sonra ictimaiyyət çoxpartiyalı parlament seçdi və bu da demokratiyanın yeni mərhələsədir”.

Prezident bildirib ki, pandemiyanın səbəb olduğu böhran effektiv və operativ parlament tələb edir və siyasi ziddiyyətlər çətin məsələləri həll etməyə imkan vermir.

S.Zurabişvili birpartiyalı idarəetmənin qurulmasına yol verməməyə çağırıb. Onun sözlərinə görə, mandatların ləğvi ilə bağlı tələsik qərar qəbul olunmamalı və müxalifətə doğru qərar qəbul etmək üçün vaxt verilməlidir.

Qeyd edək ki, sabah Gürcüstan parlamentində müxalifəti təmsil edən 51 deputatın öz müraciətləri əsasında səlahiyyətlərinin dayandırılması məsələsi səsverməyə çıxarılacaq. (modern.az)