XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Fevral 2021 - 22:59

Türkiyədə son sutkada koronavirusdan 8 016 nəfər sağalıb –Səhiyyə naziri

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 124 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 26 117 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 719 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 485 182 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 016 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 370 431 nəfər təşkil edir.