Böyük Britaniyada son sutka ərzində 406 nəfər koronavirusdan həyatını itirib.
Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 106 564 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 18 607 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 835 783 nəfərdir. (apa)