XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2021 - 08:01

ÜST:"Mütəxəssislərimiz Uhanda Çinli həmkarları ilə məhsuldar qarşılıqlı fəaliyyət göstərirlər"

Koronavirusun mənşəyini öyrənmək üçün Çinin Uhan şəhərində olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyətinin üzvləri Çin mütəxəssisləri ilə məhsuldar qarşılıqlı fəaliyyət göstərirlər. 

APA TASS-a istinadən xəbər verir ki, bunu ÜST mütəxəssisi Maria van Kerxove brifinqdə deyib.

Keçirilən görüşlərdən razılığını ifadə edən ÜST rəsmisi bildirib ki, səfər barəsində ətraflı məlumat verilir: “Bu məlumatlar təhlil edilməlidir və hazırda danışıqlar davam edir”.

Maria van Kerxove əlavə edib ki, ÜST-ün beynəlxalq nümayəndə heyəti missiya müddətində hansı istiqamətdə səfər etməyə lazım olduqda özləri qərar verirlər.

ÜST-ün Təcili yardım proqramının direktoru Maykl Rayanın sözlərinə görə, Uhanda çalışan mütəxəssislər onları maraqlandıran müvafiq sahələr üzrə məlumatlar toplamaqda davam edirlər.

Qeyd edək ki, ÜST mütəxəssisləri yanvarın 14-də yeni koronavirusun mənşəyini öyrənmək üçün Çinə səfər ediblər.