XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2021 - 11:16

“BioNTech” koronavirusa qarşı 2 milyard doz peyvənd istehsal edəcək- Bu il

Alman “BioNTech” şirkəti bu il ümumilikdə 2 milyard doz koronavirus peyvəndi istehsal etmək niyyətindədir.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

“Artan qlobal tələbə cavab vermək üçün 2021-ci ildə daha əvvəl planlaşdırılan həcmdən 50 faiz çox – 2 milyard doz “COVID-19″ peyvəndi istehsal etməyi planlaşdırırıq. İstehsal gücümüzü genişləndirmək üçün doğru yoldayıq”, – məlumatda deyilir.

Alman şirkəti Belçikadakı zavodunda işlərin yenidən təşkil olunmasının uğurla başa çatdığını da bildirib: “İndi Avropa İttifaqına peyvənd dozalarının tədarükünün real cədvəlinə qayıdırıq”. Bundan əlavə, fevral ayında dərman istehsalının İsveçrənin Marburq şəhərində başlayacağı qeyd edilib.