XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2021 - 09:24

Avstriya hökuməti karantin qaydalarını yumşaldacaq- Kanslerdən açıqlama

Fevralın 1-də Avstriya hökuməti ayın 8-dən sonra ölkədə koronavirus pandemiyası ilə əlaqədar qüvvədə olan sərt karantin rejimi ilə bağlı gedişatı açıqlayıb.

Hökumətin birgə mətbuat konfransında qeyd dilən tarixdən etibarən sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılacağı elan edilib. Qeyd edilib ki, virusa yoluxma halları hələ də yüksək olmasına baxmayaraq, ticarət obyektləri müəyyən şərtlər altında fəaliyyətini bərpa edəcək, məktəblərdə isə tədris prosesi növbəlilik prinsipi əsasında aparılacaqdır.

Federal Kansler Sebastian Kurts bildirib ki, koalisiyalı hökumət bu qərarları qəbul etməzdən öncə federal əyalətlərin qubernatorları, müxalifət partiyalarının liderləri və ekspertlərlə məsləhətləşmələr aparıb. Müzakirələrdə əsas sual infeksiyanın artmasına yol açmadan karantin qaydalarının hansı istiqamətlərdə yumşaldılmasının mümkünlüyü olub.

Bildirilib ki, iki həftəlik müddətdən sonra ölkədəki yoluxma statistikasını nəzərə alaraq karantin rejimində sərtləşdirilmə və ya yumşaldılma məsələləri yenidən nəzərdən keçiriləcək(azərtac).