Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın başlandığı 64 ölkədə ümumilikdə 101 milyondan çox insana peyvənd vurulub.
Bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.
Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən, gündəlik təqribən 4,25 milyon nəfər COVID-19 əleyhinə peyvənd edilib. (apa)