XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2021 - 13:59

Türkiyədə partlayışlar törətməyi planlaşdıran İŞİD terrorçusu saxlanıldı –FOTO

Türkiyənin şimal-qərbindəki Yalova əyalətində xüsusi antiterror əməliyyatı keçirilib.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu özünün tvitterdəki hesabında bildirib.

Məlumata görə, əməliyyat nəticəsində ölkədə partlayışlar törətməyi planlaşdıran İŞİD silahlısı saxlanılıb.

“Yalovadakı əməliyyat uğurla başa çatdı. Yalova Polis İdarəsinin Terrorla mübarizə şöbəsini və prokurorluğun əməkdaşlarını təbrik edirəm”, – deyə nazir yazıb.