XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2021 - 14:44

Türkiyədə məktəblərin açılacağı vaxt elan olunub

Türkiyədə fevralın 15-dən etibarən tədris müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayacaq.

Trend-in məlumatına görə, bunu ölkənin təhsil naziri Ziya Selçuk deyib.

O bildirib ki, fevralın 15-də məktəbəqədər təhsil müəssisələri işə başlayacaq.

Martın 1-dən ibtidai siniflərdə dərslər həftədə 2 dəfə olmaqla başlayacaq. Bundan başqa, martın 1-də imtahan verməli olan 8 və 12-ci sinif şagirdləri siniflərə qayıdacaq.

Şagirdlər məktəblərə yalnız peyvəndləndikdən sonra gedə biləcəklər. Şagirdlərin peyvəndlənməsi fevral ayı ərzində keçiriləcək.