İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 72 nəfər ölüb.
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 58 110 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 820 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 431 416 nəfərə çatıb.
Koronavirus daşıyıcılarından 3 865 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 223 197 nəfər koronavirusdan sağalıb. (apa)