Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında basketbol yarışları üçün püşkatma mərasimi keçirilib.
Olimpiadada kişi və qadınların turnirinin hər birində 12 komanda mübarizə aparacaq. Qrup mərhələsinin və yarışın tam təqvimi hələ açıqlanmayıb.
Qadınların yarışında isə qrup mərhələsinin bütün iştirakçıları bəllidir.
A qrupu: Cənubi Koreya, Serbiya, Kanada, İspaniya
B qrupu: Nigeriya, Yaponiya, Fransa, ABŞ
C qrupu: Avstraliya, Peru, Çin Belçika
Kişilərin yarışında qrup mərhələsinin 4 iştirakısı 29 iyun – 4 iyuldakı təsnifat mərhələlərindən sonra bəlli olacaq.
A qrupu: İran, Fransa, ABŞ, həmçinin Kanadadakı təsnifat mərhələsinin qalibi
B qrupu: Avstraliya, Nigeriya, həmçinin Xorvatiyadakı və Serbiyadakı təsnifat mərhələlərinin qalibləri
C qrupu: Argentina, Yaponiya, İspanya, həmçinin Litvadakı təsnifat mərhələsinin qalibi
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul – 9 avqustdan bu il 23 iyul – 8 avqusta təxirə salınıb. (report)