XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2021 - 18:46

Almaniya və Türkiyənin müdafiə nazirləri görüşüb- FOTO

Almaniya və Türkiyənin müdafiə nazirləri görüşüb.

APA-nın Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüş Türkiyə müdafiə naziri Hulusi Akarın Berlinə səfəri çərçivəsində baş tutub.

Almaniya müdafiə naziri Anneqret Kramp Karrenbauer ile görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə müdafiə naziri bildirib ki, görüşdə həm iki ölkə arasında, həm də NATO və Aİ çərçivəsində təhlükəsizlik və müdafiə məsələləri də daxil olmaqla bir çox məsələlər müzakirə olunub.

Almaniya müdafiə naziri deyib ki, bu görüş NATO çərçivəsində çox vacib görüşdür: “Bir daha vurğulamaq istərdim ki, həmkarımla şəxsən Berlində görüşməkdən məmnunam”.