XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 February 2021 - 21:21

Türkiyədə son sutkada 120 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 120 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7795 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8639, ağır xəstələr isə 1592 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 492 977 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 379 070 nəfər sağalıb, 26 237 nəfər isə vəfat edib.