XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2021 - 22:33

Beynəlxalq Valyuta Fondu cari ildə Ukraynaya 2,2 milyard dollar maliyyə yardımı edəcək

Beynəlxalq Valyuta Fondu (IMF) 2021-ci ildə Ukraynaya 2,2 milyard dollar həcmində maliyyə yardımı edəcək və bu ödəmə 3 tranş üzrə həyata keçiriləcək.

Bu barədə Ukrayna Milli Bankının sədri Kril Şevçenko deyib.

Onun sözlərinə görə, 2020-ci ilin iyununda IMF Ukraynaya iqtisadi yardım üçün 5 milyard dollarlıq proqramı təsdiq edib. Ukrayna hökuməti artıq bu məbləğin 2,1 milyard dollarını alıb.

K.Şevçenko bildirib ki, Ukrayna Milli Bankı IMF qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Ancaq Ukrayna Ali Radası qarşısında bir neçə qanun layihəsinin qəbul edilməsi tələbi qoyulub. Bu tələb yerinə yetirilsə, IMF yardımlarını davam etdirəcək(azərtac).