XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2021 - 11:20

Bayden fevralın 4-də ABŞ-ın xarici siyasəti barədə çıxış edəcək- Açıqlama

ABŞ prezidenti Co Baydenin ölkənin xarici siyasəti ilə bağlı Dövlət Departamentindəki nitqi təxirə salınaraq 4 fevral tarixinə keçirilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirilən gündəlik brifinqdə məlumat verib.

“Prezidentin cümə axşamı Dövlət Departamentini ziyarət edəcəyini təsdiqləyə bilərik. Çıxış əvvəlcə bu həftənin əvvəlinə təyin edilmişdi, lakin qar yağması səbəbindən tədbiri təxirə salmalı olduq. O, Amerikanın dünyadakı rolunun bərpası ilə bağlı çıxış edəcək”, – deyə Psaki bildirib.