XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2021 - 13:23

“Amazon”un qurucusu şirkətin baş direktoru vəzifəsini tərk edir- Açıqlama

“Amazon”un yaradıcısı Ceff Bezos bu ilin üçüncü rübündə şirkətin baş direktor (CEO) vəzifəsindən istefa verəcəyini və onun yerini Endi Cessinin tutacağını bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, işçilərə göndərdiyi məktubda məlumat verib.

“Üçüncü rübdə “Amazon”un direktorlar şurasının icraçı sədri vəzifəsinə keçəcəyimi, Endi Cessinin isə baş director vəzifəsinə təyin olunacağını bildirməkdən çox şadam”, – deyə şirkətin saytında yerləşdirilən məktubda qeyd edilib.